Rusiya həmin səfiri yenidən İrəvana qaytardı

10:23 11.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvada məsləhətləşmələrdən sonra İrəvana qayıdıb və yenidən işinə başlayıb.

Hafta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, - "O, Rusiya Günü münasibətilə qəbul təşkil edəcək".

Xatırladaq ki, may ayının sonunda Kopırkin Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlarla bağlı məsləhətləşmələr aparmaq üçün Moskvaya çağırılmışdı.